Pentaqon rəhbəri: "Onların müdafiə sistemlərini İFLİC ETDİK"
ABŞ-ın müdafiə naziri Pit Heqset Venesuelada həyata keçirilən hərbi əməliyyatın detalları barədə açıqlama verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, əməliyyatın ilkin mərhələsində ABŞ aviasiyası Venesuelanın hava müdafiə sistemlərini hədəfə alaraq onları tamamilə məhv edib. Bu addım xüsusi təyinatlı qüvvələrin təhlükəsiz şəkildə hərəkət etməsi üçün atılıb.
Pentaqon rəhbəri bildirib ki, hava hücumlarından sonra ABŞ-ın xüsusi təyinatlı bölmələri vertolyotlar vasitəsilə Karakas istiqamətində irəliləyib və əsas məqsəd Nikolas Maduronun ələ keçirilməsi olub. Onun sözlərinə görə, hava məkanına tam nəzarətin təmin edilməsi əməliyyatın uğurla icra olunmasında həlledici rol oynayıb.
Nazir vurğulayıb ki, əməliyyat yüksək dəqiqliklə planlaşdırılıb və ABŞ hərbi qüvvələri minimum itki ilə məqsədlərinə çatıb. Açıqlamaya əsasən, Venesuelanın hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması həm vertolyotların, həm də yerüstü qüvvələrin təhlükəsizliyini təmin edib.
Pentaqon rəsmisinin bu bəyanatı Venesuelada baş verən son hadisələr və ABŞ-ın ölkədəki hərbi fəaliyyətinin miqyası ilə bağlı müzakirələri daha da gücləndirib.
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib