Perm Universitetində qətliam zamanı yaşanan qeyri-adi hadisə OMON qüvvələrini şoka saldı - FOTO/VİDEO
Perm Universitetində qətliam zamanı yaşanan qeyri-adi hadisə OMON qüvvələrini şoka saldı - FOTO/VİDEO
Rusiyanın Perm şəhərində Dövlət Milli Tədqiqatlar Universitetinə silahlı hücum zamanı müəllimlərdən biri heç bir şey olmamış kimi dərsinə davam edib.
Məlumata görə, Timur Bekmansurov universitetin səkkizinci korpusunda hara gəldi atəş açarkən yuxarı mərtəbələrdən birində müəllim Oleq Sıromyatnikov rus ədəbiyyatı tarixindən mühazirə edib. Bu zaman tələbələrdən birinin qorxmuş anası sinfə girərək olanlar barədə danışıb. Təəccüblüdür ki, Sıromyatnikov buna reaksiya verməyib: o, mühazirəsinə davam edib və qadından dərsə müdaxilə etməməsini istəyib.
Tələbələr ona universitetə hücumun ciddi olduğunu izah etməyə çalışıblar və müəllimdən barrikada qurmağı istəyiblər. Ancaq Oleq İvanoviç barrikadaların kömək etməyəcəyini deyib.
Tələbələrin sözlərinə görə, hücum zamanı dekanın özü müəllimə zəng vurub və nə qədər qəribə olsa da, Sıromyatnikovdan mühazirəni davam etdirməsini istəyib.
(Hadisə baş verən vaxtı auditoriyada müəllim və tələbələrin söhbəti)
Sıromyatnikov baş verənlərə münasibət bildirərkən qeyd edib ki, uşaqların panikaya düşməsini istəməyib və hadisə zamanı dərhal auditoriyanın gülləkeçirməz metal qapısını bağlayıb. Professor həmçinin sinfə girən qadının təşvişli sözlərindən sonra tələbələrin parta altında oturduqlarını bildirib.
"Tələbələrin yerdə oturduqları vəziyyətdə konspekt tutmağa çalışdıqlarını görmək gülməli idi", - deyə o, əlavə edib.
Rus dili müəllimini ancaq tələbələri korpusdan təxliyə edən OMON dayandıra bilib. Hətta həmin vaxt belə Sıromyatnikov təhsil prosesindən yayındırıldığı üçün narazılığını bildirib. Tələbələrin sözlərinə görə, çevik qüvvələr gördükləri mənzərədən şokda olublar.
Xatırladaq ki, sentyabrın 20-də Timur Bekmansurov adlı tələbə Perm Dövlət Universitetinə silahlı basqın edib. Hadisə nəticəsində altı nəfər ölüb, 28 nəfər yaralanıb. Atışma faktı ilə əlaqədar olaraq "iki və ya daha çox adamın öldürülməsi" ilə bağlı cinayət işi başlanıb.
Timur Bekmansurovun özü saxlanılan zaman yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Mənbə: "BAZA" "Telegram" kanalı
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR