Peskovdan növbəti Qarabağ AÇIQLAMASI
"Moskva, Bakı və İrəvanın Qarabağla bağlı razılaşmaları Kreml tərəfindən yeganə real və mübahisəsiz hesab olunur, onlar həyata keçirilməlidir".
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sazişlərinin həyata keçirilməsində gələcək irəliləyişlərə töhfə verəcək istənilən addımı alqışlayırıq.
Üçtərəfli sazişlər münasibətlərin normallaşması üçün yeganə real əsasdır. Biz bütün təlimatların icrasını mübahisəsiz və hamı üçün zəruri hesab edirik", – deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib.
Bundan başqa, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bəyan edib.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir