Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİ

Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİ"Azərbaycanda bu il uşaqlar arasında peyvəndlə əhatələnmə bir qədər aşağı düşüb".
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. O bildirib ki, bu il mart ayından etibarən ölkəmizdə koronavirus pandemiyasına görə peyvənd olunma tədbirləri keçirilsə də, az valideyn öz uşağını peyvənd olunmağa gətirib. Səbəb isə virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub. Nəticədə əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlb olunma bu il qismən aşağı olub.
Bəs, peyvənd olunmayan uşaqlara hansı immunlaşdırıcı tədbirlər həyata keçirilməlidir? Xüsusilə də övladlarını peyvənd etdirməyən valideynlər onları necə qorusunlar?
Milli.Az bildirir ki, mövzu ilə bağlı publika.az-a açıqlama verən həkim-pediatr Xəyalə Quliyevanın sözlərinə görə, hətta əvvəllər peyvənd edilən uşaqların valideynləri indi hansısa səbəbdən onların yenidən peyvənd edilməsi üçün icazə vermirlər: "Burada sosial şəbəkələrin rolu böyükdür. Bəzi insanlar mahiyyətini anlamadan fərqli fikirlər bildirirlər. Peyvənd uşaqları öldürür, onları şikəst edir kimi mesajlar paylaşmaqla valideynlərin fikirlərini alt-üst edirlər. Ona görə də təəssüf ki, biz bu hallarla çox rastlaşdıq. Bu imtina isə təbii olaraq uşaqlardan yan keçmədi. Göy öskürək və qızılca halları məhz uzun illərdir ki, peyvəndləşmə ilə əlaqədar olaraq azalmışdı. Ancaq son zamanlar peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub".
X.Quliyeva bildirib ki, peyvənd olunmayan uşaqlar üçün xüsusi immunlaşdırıcı tədbirlər yoxdur: "Ancaq tövsiyə olunur ki, uşaqlar infeksiyalardan qorunmaq üçün D vitamini qəbul etsinlər. Bu vitamin digər infeksiyalarla yanaşı, koronavirusdan da qoruyur. Orqanizmdə D vitamininin səviyyəsinə nəzarət etmək lazımdır. Əgər bu vitaminin səviyyəsi 30 mkq-dan 80-mkq-a qədərdirsə, normal səviyyədədir. Bu səviyyədən aşağı olarsa, o halda uşaq digər infeksiya daşıyıcıları ilə ünsiyyətdə olduğu halda müxtəlif xəstəliklərlə nəticələnə bilər. D vitamininin azı 50-70 mkq civarında saxlanması məsləhətdir. Bu da uşaqları infeksiyalardan qorumuş olur".
Pediatr uşaqları istər bağçaya, istərsə də məktəbə göndərərkən valideynləri diqqətli olmağa çağırıb: "Uşaqlara gigiyenik tədbirləri başa salsınlar, sosial məsafə qorumağı öyrətsinlər. 2 yaşdan aşağı uşaqlara maska məsləhət görülmür, ancaq 2 yaşdan yuxarı uşaqlara qapalı mühitdə maska taxmaq bacarığı öyrədilməlidir. Mütləq şəkildə uşaqlar bağçaya və ya məktəbə getməmişdən öncə burunlarına dəniz suyu tərkibli spreylər vurulmalı, əl yumaq vərdişi aşılanmalı, hər gün azı 2-3 dəfə əllər spirtlə dezinfeksiya edilməlidir. Ancaq spirti çox istifadə etmək olmaz. Çünki bu, uşaqlarda əks reaksiyalara səbəb ola, dəri quruluğuna, allergik səpkilərə gətirib çıxara bilər. Xüsusi dezinfeksiyaedici gellərdən istifadə etmək tövsiyə edilir. Boğazlarını da təbii üsulla qarqara etmələri məsləhətdir. Bunun üçün istər sodalı, istərsə də pereksli məhluldan istifadə etmək olar. Düşünürəm ki, bu kimi tədbirlər uşaqları infeksiyalardan müəyyən qədər qoruyacaq".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

40 yaşdan yuxarı insanlar üçün təhlükəli qidalar - Xəbərdarlıq

40 yaşından etibarən pəhrizinizə əlavə diqqət yetirməlisiniz. xəbər verir ki, 40 yaşlarınızda bədəndə bir çox fizioloji dəyişikliklər başlayır. Metabolizm yavaşlayır, əzələ kütləsi azalır və bədən yağı artmağa meyllidir

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb. KONKRET.azxəbər verir ki, bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, Burgenlan

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı

Avstraliyada qeyri-adi tibbi yanaşma diqqət çəkib. KONKRET.azxəbər verir ki, İT sahibkarı Pol Koningem standart terapiyalar nəticə vermədikdən sonra iti Rozinin xərçəngini müalicə etmək üçün eksperimental mRNT peyvəndi hazırlayıb

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri sonxeber az sosial yardim xeberler bugun