Peyvəndlənmənin zoonoz xəstəliklərə qarşı mübarizədə əhəmiyyəti - AQTA maarifləndirir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, budəfəki maarifləndirici mövzu isə "Peyvəndləmənin zoonoz xəstəliklərə qarşı mübarizədə əhəmiyyəti" haqqındadır.
Peyvəndləmə heyvanın sağlamlığının təmin edilməsində təhlükəsiz və effektiv vasitə hesab edilir. Yoluxucu xəstəliklərə qarşı profilaktik tədbir kimi tətbiq edilən peyvəndləmə mal-qarada immunitetin yaranmasını təmin edir. Bu da heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılmasında mühüm amildir.
Peyvəndləmənin zoonoz xəstəliklərlə mübarizədə əhəmiyyəti böyükdür. Qarayara, dabaq, bruselyoz, vərəm, quduzluq və s. kimi xəstəliklərin yayılmasının qarşısını alır. Həmçinin zoonoz xəstəliklərin heyvanlara, insanlara və eləcə də ətraf mühitə yayılma riskinin azaldılması istiqamətində effektiv və zərərsiz vasitədir.
Heyvandarlıq təsərrüfatlarında peyvəndləmə tədbirləri aparılarkən bəzi qaydalara əməl olunmalıdır. Belə ki, peyvənd baytar mütəxəssisin təyinatı və iştirakı ilə yalnız kliniki sağlam heyvanlara vurula bilər. Qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən vaksinlərin tətbiq edilməsi qadağandır. Peyvəndləmə "soyuq zəncir" prinsipi gözlənilməklə həyata keçirilməlidir. Yəni profilaktik tədbirlər aparılan zaman peyvəndin istehsalı, göndərilməsi, paylanması, saxlanması və tətbiqi düzgün təmin edilməlidir.
Vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması, eləcə də təlimatın gözlənilməməsi və digər amillər nəticəsində fəsadlar yarana bilər.
Peyvəndləmədən sonra heyvanlarda qızdırma, ishal, qusma və s. kimi əlamətlər müşahidə olunan zaman mütləq baytar mütəxəssisə müraciət edilməlidir. Mütəxəssislər vaksin vurulmuş heyvanların məhsullarından (ət, süd və s.) peyvəndin təlimatına uyğun gözləmə müddəti bitdikdən sonra istifadə etməyi məsləhət görürlər. Xatırladaq ki, xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz həyata keçirilir. Əhalini sağlam və təhlükəsiz qida ilə təmin etmək üçün heyvanları peyvəndləmədən yayındırmamaq tösviyə olunur.
Təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və müxtəlif sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi zamanı qarşılaşdıqları problemlərlə bağlı AQTA-nın 1003 - "Çağrı mərkəzi"nə müraciət edə bilərlər.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ