Peyvəndlər sonsuzluğa səbəb olur? - RƏSMİ AÇIQLAMA
"Peyvəndlər tibbin ən böyük kəşflərindən biridir. XXI əsrdə peyvəndlərin faydası və əhəmiyyəti müzakirə mövzusu olmamalıdır".
KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
O bildirib ki, Milli Peyvənd təqviminə əsasən, 11 növ xəstəliyə qarşı peyvəndləmə həyata keçirilir: "Pandemiya, xüsusilə karantin dövründə rutin immunizasiya və xroniki xəstəliklərin dövrü yoxlanışları ləngiməyə başladı. Bu da öz acı fəsadlarını vaxt keçdikcə göstərəcək. Hətta 1 nəfər peyvəndlənməmiş və peyvənd təqvimini ləngidən uşaq belə olsa, bu, ətrafdakı uşaqlar, istərsə də öz sağlamlığı üçün ciddi təhlükə törədə bilər".
Nəzrin Mustafayeva COVID-19 virusuna yoluxub sağalanların da peyvənd olunmasının vacibliyinə toxunub: "Araşdırmalar göstərib ki, COVID-19 virusuna yoluxub sağalan şəxslərdə belə 4-cü aydan başlayaraq immunitet zəifləməyə başlayır. Bu şəxslərdə hətta bir doza peyvəndlə biz əvvəlki immuniteti bərpa edə bilirik".
O, peyvəndlərin sonsuzluğa səbəb olması iddialarına da münasibət bildirib: "Onların uzun müddət istifadəsinə baxmayaraq, hər bir peyvənd baş verə biləcək əks təsirlər baxımından izlənilməkdədir. Sonsuzluğa bir çox səbəblər ola bilər. Bunların heç birinin peyvəndlə əlaqəsi yoxdur". /APA

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto