Pezeşkian bu səbəbdən yolda qaldı – Taksi çağırmalı oldu
İran prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən gözlənilməz insidentlə üzləşib.
KONKRET.az xəbər verir ki, Prezidentin xüsusi müfəttişi Mustafa Moləvinin sözlərinə görə, Pezeşkianın kortejindəki bütün avtomobillər Qəzvin əyalətinin yaxınlığında dayanmalı olub.
İnsidentdən əvvəl kortej Rəşt magistralının çıxışında yerləşən bir yanacaqdoldurma məntəqəsində benzin vurub. Lakin Takestan şəhəri yaxınlığında avtomobillər texniki nasazlıq səbəbindən hərəkətdən dayanıb. Aparılan yoxlamalar nəticəsində məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışıq olub.
Məlumata görə, həmin yanacaqdoldurma məntəqəsində bundan əvvəl də oxşar hallara rast gəlinib. Maraqlıdır ki, hadisəyə baxmayaraq Pezeşkian nə əyalət rəhbərliyi ilə əlaqə saxlayıb, nə də rəsmi araşdırma başladılıb. Prezident sadəcə olaraq bir taksi tutaraq səfərini Təbrizə bu yolla davam etdirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı