Pezeşkian Trampın təklifini rədd etdi
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın məktubuna cavab verib.
KONKRET.az "Tasnim"ə istinadən xəbər verir ki, Pezeşkian bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.
İran dövlət başçısı Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklifini rədd etdiyini, lakin danışıqlar yolunun hələ də açıq olduğunu vurğulayıb:
"Məktubumuzda İranın heç vaxt danışıqlardan yayınmadığı, yalnız öhdəliklərin pozulmasının (red.-Vaşinqton tərəfindən) bu yolda problem yaratdığı vurğulandı və qeyd edildi ki, ABŞ bu davranışını mütləq şəkildə nizamlamalıdır".
Qeyd edək ki, martın əvvəlində Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərərək İranın nüvə proqramı ilə bağlı Tehranla razılaşmağa üstünlük verəcəyini bildirib.
Xatırladaq ki, 2015-ci ildə İngiltərə, Çin, Fransa, Almaniya, Rusiya, ABŞ və İran Tehranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan saziş imzalayıb.
Trampın əvvəlki prezidentliyi dövründə ABŞ 2018-ci ilin mayında Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmış və Tehrana qarşı sanksiyaları yenidən tətbiq etmişdi. Bunun müqabilində İran, nüvə tədqiqatları və uranın zənginləşdirilməsi səviyyələrinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərini tədricən azaltdığını qeyd etmişdi.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir