Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. Bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib.
Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var.
"Qorxu, melanxoliya, təlaş və ya depressiya səbəbindən bədənin müdafiə qabiliyyəti azalır", - deyən mütəxəssis bildirib.
Ekspertin sözlərinə görə, stasionara yerləşdirildikdən sonra əhval-ruhiyyəsi aşağı olan insanlar daha ciddi koqnitiv pozğunluq əlamətləri yaşamağa başlayırlar. Bu əsasən depressiya, müalicədən imtina, yaddaş itkisi, zaman və məkanda oriyentasiya, panik ataklar və nəzarətsiz qəzəb halları ilə özünü göstərir.
"COVID-19-da psixoloji fəsadlar bəzən o qədər geniş olur ki, xəstə öz intuisiyasına (əsasən də özünümüdafiə instinktinə) qarşı çıxa bilər. Belə hallarda insan özünə qapılır və müalicədən qəti şəkildə imtina edir", - deyə həkim vurğulayıb.
Malinovskaya COVID-19-un insanın koqnitiv qabiliyyətlərinə təsirinin hələ tam öyrənilmədiyini bildirib.
"Bununla belə, aydındır ki, koronavirus xəstənin psixikasına güclü təsir göstərir və sağaldıqdan sonra uzun müddətli depressiyaya səbəb olur", - deyə ekspert qeyd edib.
Mənbə: Lenta.ru /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR