Pişik üstündə düşən davaya görə həbs edildilər

Pişik üstündə düşən davaya görə həbs edildilərBakıda iki nəfər pişik cütləşdirmək adı ilə internetdə tanış olduğu bir nəfəri görüşə çağıraraq quldurluq edib.
KONKRET.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir müddət öncə Ramana qəsəbəsində baş verib.
İttihama görə, 2003-cü il təvəllüdlü Kamil Əliyev (şərti) və 1992-ci il təvəllüdlü Murad Əkbərov (şərti) cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını, üzərlərində dəyərli əmlak və pul gəzdirdiklərini fikirləşiblər. Onlar instaqramda tanış olduqları Sədi Məmmədovu (şərti) qarət etmək qərarına gəliblər. Kamil Sədiyə "Skottish" cinsindən olan pişik saxladığını deyib, onun eyni cinsdən olan pişiyi ilə cütləşdirmək üçün Ramanada görüş təyin edib. Görüş zamanı Kamil özündə kontur olmadığını bildirib, pişiyi gətirən adama zəng etmək bəhanəsi ilə Sədinin telefonunu istəyib. Bu zaman Murad arxadan yaxınlaşaraq Sədini yumruqla vurub. Onun müqavimətini qırmaqla 40 manat dəyərində gödəkçəsini, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində "Bakıkart"ını, içində pul olmayan bank kartını və 80 manat dəyərində mobil telefonunu götürüblər. Sədiyə ümumilikdə 137 manat ziyan vurublar.
Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) cinayət işi başlanıb. Kamil və Murad tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər birinə 8 il 6 ay müddətə həbs cəzası verib.
Qərardan narazı qalan K.Əliyev və M.Əkbərov apellyasiya şikayəti verib. Kamil bəraət, Murad isə ittiham olunduğu maddənin yüngülləşdirilməsini istəyib. Onların şikayətinə bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Murad məhkəmədə deyib ki, o, həmin gün küçədə Kamilin bir nəfərlə mübahisə etdiyini, hər ikisinin uca səslə söyüşlər söydüyünü görüb:
"Onlara yaxınlaşanda Sədi nalayiq söyüş söydüyündən Sədinin üzündən yumruq vuraraq həmin yerdən qaçıb getdim. Hadisə yerinə gələrkən qəfəsdə bir pişik də görmüşdüm. Polis bölməsində bildim ki, Kamil Sədinin telefonunu götürüb".
Kamil Əliyev isə pişiklərini cütləşdirmək məqsədilə ilk olaraq Sədinin ona yazdığını deyib:
 "Sədi "Skottish" cinsli pişiyi olduğunu, cütləşdirmək istədiyini dedi. Mən də təklifini qəbul edib görüşdüm. Lakin Sədi görüşə pişiyini gətirməmişdi. Səbəbini soruşanda dedi ki, "gəlmişəm sənin pişiyini aparam". Bunun üstündə mübahisə düşdü, söyüş söydü. Həmin vaxt Murad arxadan gəlib Sədiyə yumruq vuraraq qaçdı. Muradın hadisə yerinə necə gəldiyini bilmirəm. Sədi zərbədən yerə yıxıldı. Gödəkçəsi bulaşmışdı deyə çıxarıb tulladı və Muradın arxasınca qaçdı. Sədinin gödəkçəsini götürüb evə apardım, cibində telefon olduğunu görüb fikirləşdim ki, Sədi məhəlləni tanıyır, səhər gələndə gödəkçəni və telefonu verərəm. Biz artıq barışmışıq, heç bir şikayət və tələb yoxdur".
Məhkəmə apellyasiya şikayətlərini əsassız hesab edib. Hər iki şəxsin cəza müddəti dəyişdirilmədən saxlanılıb.

Hadisə       Tarix: 15 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun