Piyada gəzməyin faydası

Piyada gəzməyin faydasıOturaq həyat tərzi müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə yaradan səbəblərdən biri sayılır. Təəssüflər olsun ki, indi qısa məsafəni də avtomobil və ya ictimai nəqliyyatla getməyi üstün tutanlar var. Piyada gəzməyin insan orqanizmi üçün çox böyük faydalıdır. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək daha çox vacibdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: "Sürətli və cəld yeriş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir. Piyada gəzmək ürək-damar sistemi üçün daha çox faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı qidalanır. Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.
Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini yaxşılaşdırır, qanda xolesterinin və şəkərin səviyyəsinin azalmasına səbəb olur. Şəkərli diabet xəstələrinin profilaktikası və müalicəsində çox müstəsna əhəmiyyət daşıyır. Sümük-dayaq sistemi və oynaqların funksiyasını yaxşılaşdırır".
Həkim-terapevt qeyd edib ki, gəzinti zamanı addımların sayına fikir vermək lazımdır. Yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə addımların sayını azaltmaq və artırmaq olar: "Gəzinti dörd sürətlə aparılır. Dəqiqədə 60-70 addım yavaş, 70-90 addım orta, 90-110 addım yüksək, 110-130 addım atmaqla olan gəzinti çox yüksək sürətli hesab olunur. Gəzinti zamanı tənəffüsün normal olmasına fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, gəzinti təngnəfəsliyə və ağrıya səbəb olmasın".
Axşam gəzintisi sağlam və dərin yuxuya da yaxşı kömək edir. Yaradıcı insanlar üçün də bu, xüsusilə vacibdir. Çünki gəzinti zamanı daha dərindən düşünmək mümkündür. Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizmdə baş verən müsbət dəyişikliklərin şahidi olmaq mümkündür.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 09 may 2020
f Paylaş

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun