Polad Bülbüloğlu: "Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bütün körpüləri yandırmış olacaq

Polad Bülbüloğlu: "Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bütün körpüləri yandırmış olacaqPolad Bülbüloğlu: "Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bütün körpüləri yandırmış olacaq"
Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu, bütün körpülərin yandırılması deməkdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu barədə RBK-ya müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, buna reaksiya ən mənfi şəkildə olar.
Diplomat bildirib ki, danışıqlar prosesini məhv etməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan buna qədər də Qarabağla bağlı sərt açıqlamaları ilə körpüləri yandırıb:
"Bu faciənin günahkarı Paşinyandır. Mənim fikrimcə, kiçik bir torpaq üzərində Rusiyanı Türkiyəyə qarşı qoymaq cəhdi edilir. Paşinyanın komandası Qərbə istiqamətlənib və müəyyən əmri yerinə yetirir".
Azərbaycan səfiri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəsinin bu münaqişədə Azərbaycana kömək etməyə hazır olması ilə bağlı açıqlamasını şərh edərkən bunları deyib:
"Türkiyə rəhbərliyində Rusiyanın nə olduğunu və KTMT-nin nə olduğunu başa düşən kifayət qədər praqmatik insanlar var. KTMT niyə münaqişəyə müdaxilə etmir? Çünki döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə edərsə, müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər", - deyə səfir bildirib.
Bakının hədəfləri barədə danışan P.Bülbüloğlu, Azərbaycanın erməniləri Qarabağdan qovmaq hədəfi olmadığını dedi.
"Hamının bir yerdə yaşaması üçün azərbaycanlıları oraya qaytarmaq hədəfi var", - deyə o, bildirib.
Diplomatın sözlərinə görə, erməni bölmələrinin Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin açılması, ticarətin bərpası və bütün bunlardan sonra Dağlıq Qarabağın statusunun müzakirəsi münaqişənin həlli ola bilər.
Bülbüloğlu Türkiyə hərbçilərinin münaqişədə iştirakı ilə bağlı İrəvanın açıqlamalarını da təkzib edib.
"Təlimlərdə iştirak edən F-16-lar artıq gediblər, heç bir muzdlu yoxdur. Suriyadan da silahlılar yoxdur, axı onlar dərhal bilinərdi", - deyə o, sözlərini yekunlaşdırıb. /oxu.az

Siyasi       Tarix: 30 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az