Polad Bülbüloğlu: "Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışır

Polad Bülbüloğlu: "Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışırPolad Bülbüloğlu: "Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışır"
"Rəsmi Yerevan Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələri Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır".
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK agentliyinə verdiyi açıqlamada deyib.
P.Bülbuloğlu bildirib ki, Ermənistan ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokunun əsəs üzvü olan Rusiyanı təxribata çəkməyə çalışır:
"Təsadüfi deyil ki, silahlı toqquşma Dağlıq Qarabağla təmas xəttində deyil, Ermənistan - Azərbaycan sərhədində baş verdi".
P.Bülbüloğlunun sözlərinə görə, iki ildir sərhədin Tovuz rayonu istiqamətində Azərbaycan Ermənistan tərəfinin atəşkəsi pozması halları ilə üz-üzədir:
"Son iki il ərzində qarşı tərəf atəşkəsi 10 min dəfədən çox pozub, lakin bunlar kiçik atışmalar olub, əlbəttə ki, qarşısı alınıb. Amma Rusiya və bir çox başqa ölkələrin vasitəçiliyinə baxmayaraq, beş gün ərzində döyüşlərin davam etməsi halı müşahidə olunmayıb".
Azərbaycanın Rusiyadakı səfiri əlavə edib ki, son toqquşmalardan sonra münaqişə tərəflərinin heç biri yeni yüksəklik və ya ərazi işğal etməyib.
"Azərbaycan münaqişənin kəskinləşməsində maraqlı deyil, ölkəmiz yüksək iqtisadi inkişaf səviyyəsini qorumaq istəyir. Biz münaqişənin sülh yolu ilə həll edilməsində maraqlıyıq, bunun üçün işğalçı qoşunlar ərazilərimizi tərk etməlidirlər.
Bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirə aparıla bilər, kompromis barədə danışa bilərik. Bu gün hansı kompromisdən danışa bilərik? Məgər biz öz torpaqlarımızdan imtina etməliyik? Praktiki olaraq dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.
Heç kim Dağlıq Qarabağı tanımır və tanıyan deyil. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş torpaqlardan dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi var", - deyə P.Bülbüloğlu xatırladıb.
Azərbaycanlı diplomat iyulun 15-nə keçən gecə Bakıda keçirilən aksiyaya da toxunub:
"Xalqımız Qarabağ probleminin tənzimlənməsi ilə bağlı danışıqların hələ də davam etməsindən yorulub, buna görə də iyulun 15-nə keçən gecə Bakıda aksiya keçirildi. ATƏT-in Minsk qrupunun üç həmsədri var, gəlib gedirlər.
Biz - diplomatlar, siyasətçilər bu şəxslərin fəaliyyət göstərdiyini başa düşürük, amma cəmiyyətdə Minsk Qrupunun işindən narazılıq var. İnsanlar öz ərazilərinin işğalda saxlanılmasından narazıdırlar. Nə etməlidirlər? Onlar deyirlər: gəlin, sona qədər gedək. Bu, cəmiyyətdəki əhval-ruhiyyənin vacib göstəricisidir. Bu, Azərbaycan xalqının öz ərazilərinin itirilməsi ilə heç vaxt razılaşmayacağını sübut edir".
Fikrinin tamamında P.Bülbüloğlu Türkiyənin Azərbaycana dəstəyinə toxunub:
"Hələlik yalnız Türkiyə Azərbaycanın atdığı bütün addımları tam dəstəklədiyini elan edib. Türkiyənin bütün prezidentləri və təbii ki, Rəcəb Tayyib Ərdoğan daim Azərbaycana dəstək olduqlarını dilə gətirib.
Bu, yeni bir şey deyil. Azərbaycanın ümummilli lider Heydər Əliyev zamanında "bir millət - iki dövlət" şüarını səsləndirib. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir". /oxu.az

Siyasi       Tarix: 19 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler bu gun krimnal bugun ən son xəbər