Polad Həşimovu kim satıb? - "Azərbaycanda separatçı rəhbərlərin danışmamasında maraqlı olan çox adam var"

Polad Həşimovu kim satıb? - Şəhid general Polad Həşimovun anası tez-tez "Polad Həşimov ermənilər tərəfindən vurulsa da, koordinatları Azərbaycandan verilib" iddialarını səsləndirib. Səmaya Həşimova dəfələrlə mediaya açıqlamasında oğlunun satqınlıq səbəbiylə şəhid olduğunu deyib. Bəs görəsən, Qarabağdakı separatçı rejimin keçmiş rəhbərlərinin və digər vəzifə tutan şəxslərin həbs olunması Ermənistana casusluq edənləri ifşa edə bilərmi?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bunu istisna etməyib:
"Bu tipli istənilən hadisə tam obyektiv, hərtərəfli istintaqın aparılmasını tələb edir. Fərziyyələrlə hərəkət etmək qeyri-ciddi olar. Təbii ki, həbs olunan şəxslər, xüsusən də həmin dövrdə vəzifədə olanlar məxfi informasiya daşıyıcılarıdır. O baxımdan Polad Həşimovla bağlı da informasiyaya malik ola bilərlər".
Siyasi şərhçi həbs olunan ermənilərin təhlükəsizliyinin qorunmasının vacib olduğunu vurğulayıb:
"Onu da unutmayaq ki, Polad Həşimovun düşmənləri təkcə Ermənistanda, Qarabağda deyildi, həm də Azərbaycanda onun düşmənləri vardı. Bu baxımdan həbs olunan Qarabağdakı separatçı rejimin keçmiş rəhbərlərinin və digər vəzifə tutan şəxslərin təhlükəsizliyini təmin etmək lazımdır. Çünki Azərbaycanda onların danışmamasında maraqlı olan çox adam var. Eyni zamanda, Rusiyada, Rusiyanın buradakı beşinci kolonunda bu cür şəxslər var. Bu səbəbdən həbs olunanların fiziki təhlükəsizliyi təmin olunmalıdır, digər tərəfdən də istintaq prosesini aparanların özü ciddi nəzarətdə olmalıdır. Çünki beşinci kolonun – rus və erməni kəşfiyyatının adamları hər yerdə ola bilər. Həbs olunanlar potensial informasiya daşıyıcıları ola bilər və onların istintaqı hərtərəfli aparılmalıdır".
Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olub.

Siyasi       Tarix: 08 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun son xeber az son xeberler az kriminal xeber