Polis əməliyyat keçirdi: Narkotik satan daha iki nəfər saxlanıldı

Polis əməliyyat keçirdi: Narkotik satan daha iki nəfər saxlanıldıQobu və Hökməli qəsəbələrində silah, eləcə də narkotik vasitələr satan şəxslərə qarşı polis əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb. Bölməyə əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun evinə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.
Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı Qobu qəsəbəsi sakini Elvin Hacıəliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 85 qram heroin və 20 qram metamfetamin aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Hər iki faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sosial       Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 xəbər az qarabag az xeber