"Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq" - Şura sədri

"Vətəndaşlara polis rəislərinə birbaşa müraciət etmə imkanı verilməsi ictimai etimad üçün yeni bir mərhələ sayıla bilər. Polis-vətəndaş münasibətlərində yeni mərhələyə keçidi ifadə edən polis rəislərinə birbaşa müraciət "mexanizmi" təkcə ünsiyyət kanalının sadələşdirilməsi deyil, həm də ictimai ehtimadın möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarının inkişafı baxımından əhəmiyyət kəsib edir".
Bu sözləri azxeber.com-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev vətəndaşların polis rəislərinə birbaşa müraciət edə bilmələri haqda danışarkən deyib.
Nuriyev bildirib ki, vətəndaş vasitəçi olmadan öz problemini ünvanına çatdırdıqda ona qulaq asıldığını düşünür:
"Vətəndaşların polis rəislərinə birbaşa müraciət etmə imkanı verilməsi, vətəndaşın səsini birbaşa qərarverici şəxsə çatdırılması imkanını təmin edir. Eyni zamanda insan öz problemlərini vasitəçi olmadan ifadə etdikdə o, dinlənildiyini hiss edir və düşünür ki, ona artıq qulaq asırlar. Bu həm hüquq-mühafizə orqanlarına inamı artırır, həm də ictimai nəzəratin effektliyini gücləndirir".
Əliməmməd Nuriyev həmçinin bildirib ki, birbaşa müraciətlər polis rəhbərliyinə hadisələr barədə birinci mənbədən məlumat əldə etmək imkanı yaradır:
"Polis rəislərinə birbaşa müraciət etmək imkanı rəhbərliyə hadisələr barədə birinci mənbədən məlumat əldə etmək imkanı yaradır. Bu, həm operativ qərar verməni sürətləndirir, həm də formal hesabatların əvəzinə real vəziyyəti daha düzgün qiymətləndirməyə şərait yaradır. Xüsusilə təhlükəsizlik, ictimai asayişin pozulması və korrupsiya halları kimi təxirəsalınmaz mövzularda çevik reaksiyanı təmin edə bilər. Yeni mexanizm vətəndaş cəmiyyətinin hüquq-mühafizə orqanları səhəsində rolunu artırır".
"QHT-lər və media müraciətlərinin məzmunu və həlli prosesinə diqqət yetirsək, bu həm də ictimai hesabatlılıq mədəniyyətinə də töhfə verə bilər" deyən ictimai şura sədri sözünə belə davam edib:
"Vətəndaşların hüququ maarifləndirilməsi bu prosesun bir hissəsi, təbii bir nəticəsidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu sistem müraciətlərin sayını kəskin artıra bilər. Ona görə də müraciətlərin prioritetləşdirilməsi və filtrasiya mexanizmlərini zəruri edəcək. Əgər bu mexanizm düzgün tətbiq olunacaqsa, inanıram ki, bu olacaqdır. Çünki bu daxili işlər nazirinin birbaşa göstərişidir və yeni idarəetmə proseslərinin hansı nəticə verilməsini nazir daim nəzarətdə saxlayır. Bu addım polis vətəndaş münasibətlərində uzaq məsafə modelindən tərəfdaşlıq modelinə keçidi təmin edəcəkdir. Daxili nəzərət sistemləri güclənəcək, etik davranış standartları yüksələcək, nəzakətli rəftar məmnuniyyətliyin təmin edilməsinə gətirib çıxardacaq. Eyni zamanda bu həm də hüquq-mühafizə orqanlarına ictimai dəstək və siyasi legitimliyini daha da artıracaq".
Günel Hüseynli

Sosial       Tarix: 16 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun xeberler azerbaycan cebheden xeber xəbərlər.com