Politoloq: "Cənubi Qafqazı Liviya və Suriyaya çevirmək istəyirlər" - VİDEO

Politoloq: Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
KONKRET.azxəbər verir ki, iclasda çıxış edən Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov özəl açıqlamasında bildirib ki, Paşinyan və Makrona vacib ismarıclar da verilib:
"Onların Azərbaycana, ümumilikdə bölgəyə qarşı təxribat hazırladıqlarını qeyd etdi. Əlbəttə ki, Ermənistanın və Fransanın atdığı birgə addımlar sülhə kölgə salır. İrəvanla Parisin məqsədi regionu yeni geosiyasi bazaya çevirməkdir. Bu kontekstdə cənab Prezidentin üçtərəfli bəyanata toxunması və qeyd etməsi ki, üçtərəfli bəyanatın Azərbaycanla Naxçıvanın quru sərhədlərini birləşdirəcək maneəsiz nəqliyyatla bağlı məsələsinin hələ də Ermənistan tərəfindən həll edilməməsi və Qarabağın dağlıq hissəsində erməni hərbi birləşmələrinin hələ də qalması yolverilməzdir".
Politoloqun fikrincə, bu, Ermənistana ciddi xəbərdarlıqdır. Prezident daha əvvəl də Paşinyana xəbərdarlıqlar edib. Söhbət II Qarabağ müharibəsindən öncəki iki ildən gedir. Lakin Qərblə Rusiya arasındakı oyunbazlıq və Qarabağ özbaşınalıqlarından qalmayan Nikol "Dəmir Yumruq"la cəzalandırıldı. Deyəsən, kapitulyantın qulağının dibi yenə gicişir:
"İndi də Ermənistan çox ciddi və həssas proseslərin qabardılması ilə məşğuldur. Bölgəni yeni Liviya və yeni Suriyaya çevirmək cəhdi fəlakətlə nəticələnə bilər. Əgər Ermənistan hər hansı bir cinahı tutmaq istəyirsə, buna tədricən getməlidir. İnstitusional yolla. Amma hərbi və siyasi yolla atılacaq addımlar bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir edəcək. Ermənistan, onun müxalifəti və İrəvan himayədarlarları cənab Prezidentin dünənki çıxışına diqqətlə qulaq assınlar və başa düşsünlər ki, Azərbaycan ordusu istənilən məqsədin həyata keçirilməsi ilə məşğul ola bilər. Biz səbr nümayiş etdiririk, amma qanunsuz erməni hərbi birləşmələri təcili şəkildə Qarabağın dağlıq hissəsindən çıxarılmalıdır. Ermənistan da üzərinə götürdüyü öhdəlikləri təcili şəkildə yerinə yetirməlidir".
Prezidentin çıxışının həmin hissələrini təqdim edirik:

Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 15 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar kriminal bugun xəbər az zelzele