Politoloq: "Digər ölkələrdə hərbi muzeylərin açılması normaldır, Azərbaycanda yox?

Politoloq: "Digər ölkələrdə hərbi muzeylərin açılması normaldır, Azərbaycanda yox?Politoloq: "Digər ölkələrdə hərbi muzeylərin açılması normaldır, Azərbaycanda yox?"
Politoloq Fuad Axundov Bakıda Hərbi Qənimətlər Parkının açılışı və Rusiya Federasiyası (RF) Dövlət Dumasının erməniyönümlü və açıq anti-Azərbaycan fikirləri ilə tanınan deputatı Vitali Milonovun bununla əlaqədar reaksiyasını şərh edib.
"Ermənistan mətbuatı RF Dövlət Dumasının deputatı Vitali Milonovun sözlərindən riqqətlə sitat gətirir: Ah, bu Azərbaycan "müharibə ilə fəxr edir", bunu iki xalq arasında baş vermiş faciə kimi qəbul etmir, bundan siyasi gediş kimi istifadə edir və s.", - deyə politoloq bildirib.
Fuad Axundov əlavə edib:
"Əvvəla, dünyada müharibə, silah, xüsusilə də zəfərə həsr olunan kiyafət sayda muzey var. Təkcə Moskvada hərbi texnikanın sərgiləndiyi bir neçə belə muzey var. Almaniyanın "Tiger", "Panther" və digər tanklarına tamaşa etməyin mümkün olduğu Kubinka Tank Muzeyi yeganə deyil. Qənimət götürülən texnikadan ibarət olan zəngin kolleksiya açıq səma altında Qələbə Muzeyində də nümayiş etdirilir. Nədir, deputat Milonov bunu bilmir? Yaxşı, bəlkə o Londonda İmperial Hərb Muzeyi, Parisdə Əlillər Evində Hərb Muzeyi barədə eşitməyib? Və ya Hollandiyanın Zosterberg şəhərindəki muzeydə ziyarətçiləri necə ekspozisiyaların gözlədiyi barədə dəqiq məlumatı yoxdur? Lakin Moskvada Poklonniy dağındakı Qələbə Parkını dəqiq ziyarət edib.
Əlavə edək ki, əsgər dəbilqələri, düşmən ordusunun geyimində manekenlər, "obrazlı" səhnələri ilə dioramlar, həmçinin ağır texnika, bütün bunlar dünyanın hərbi muzeylərinin ənənəvi elementləridir. Yəni bunlar Rusiya, Böyük Britaniya, Hollandiya və digər ölkələrə olar, Azərbaycana olmaz? Milonovun sözləri ilə desək, bütün bu ölkələr müharibəni xalqlar arasında baş vermiş faciə kimi qəbul edirlər, Azərbaycan isə yox?
SSRİ ərazisinin 9%-nin dörd il Hitlerin işğalı altında olması və bütün anti-Hitler koalisiyası ilə birgə Vermaxt üzərində qazanılan qələbə fəxr etmək üçün qanuni səbəbdir. Ancaq düşmən torpağını 30 il tapdalayan, ərazilərinin 20%-ni işğal edən və hər yeddi vətəndaşından birini qaçqına çevirən, hitlerçilərdən fərqli olaraq, hətta ölülərin qəbirlərini də məhv edən, sonra isə bütün bunlara görə Azərbaycan Ordusu tərəfindən qovulan ermənilər üzərində qələbə ilə fəxr etmək olmaz? Ermənistandan üzr istəyək? Yoxsa şəxsən cənab Milonov qarşısında üzr istəyək?
Həqiqəti desək, cənab Milonov "Azərbaycan müharibə ilə fəxr edir" fəryadı ilə Bakıdakı Hərbi Qənimətlər Parkı ətrafında Ermənistanda qaldırılan isterikanın əsl səbəbini "ortaya qoyub". Çünki İrəvanda nə dioramları, nə "obrazlı" manekenləri, nə dəbilqələri "həzm edə" bilirlər. Onlar məhz Azərbaycanın zəfər çalması ilə razılaşa bilmirlər. Nə tərif yağdırılan "Ohanyan xətti"nin inşası, nə də "Avropada silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilənin kvotası üzrə Ermənistana sahib olmağa icazə verən ağır texnikanın dəfələrlə daha artıq sayının Qarabağa yeridilməsinin kömək etmədiyini qəbul edə bilmirlər. Məhz buna görə onlar qələbəni dünyanın digər ölkələrindən olan muzdluların və başqa planetlərdən gələnlərin ayağına yazırlar, bircə azərbaycanlılar tərəfindən qazanıldığını qəbul edə bilmirlər.
Və indiki sifarişli isterikalar qələbəmizin üzərindən xətt çəkməyə, Azərbaycanı hazırda dünyanın aparıcı hərbi akademiyalarında öyrənilən hərbi uğuruna görə qanuni fəxr hissindən məhrum etməyə kömək etməyəcək". /oxu.az

Siyasi       Tarix: 16 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri