Politoloq: "Ermənistan Rusiyanın üzünə gülümsəyərək ona arxadan zərbə vurur

Politoloq: "Ermənistan Rusiyanın üzünə gülümsəyərək ona arxadan zərbə vururPolitoloq: "Ermənistan Rusiyanın üzünə gülümsəyərək ona arxadan zərbə vurur"
"Hesab edirəm ki, heç yerdə, o cümlədən əvvəllər SSRİ-nin tərkibində olmuş ərazilərdə faşistlərə abidələr ucaldılmamalıdır. Rusiyalı əsgərlərin yaxınlıqda Qaregin Njdenin – insanların, Sovet vətəndaşlarının qətlini təbliğ edən və bunda iştirak edən bir adamın abidəsinin olduğunu bilə-bilə mayın 9-da necə yürüş edəcəklərini anlamıram. Njde tarixdə Üçüncü Reyxin generalı kimi, yəni bütün millətlərin qətlini təbliğ edən bir faşist kimi qalıb".
Bunu "Report"a beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.
Ekspert erməni tərəfinin mövqeyini anlamadığını qeyd edib:
"Ermənistan Rusiyanın bu cür abidələrə və faşizmin idealizasiyasının təbliğinə münasibətinin necə olduğunu çox yaxşı bilir. Rusiya artıq Njdenin kim olduğunu açıq bəyan edib. Bu abidənin Xocavənddə saxlanılması Rusiyaya meydan oxumaq deməkdir. Rusiya hər zaman öz öhdəliklərinə riayət edib və etməyə davam edəcək. Buna görə də düşünürəm ki, ermənilər özləri bu abidəni sökməlidirlər. Amma onlar əksinə, #BuSizinÜçünArmavirDeyil kimi aksiyalar təşkil edirlər.
Fikrimcə, Rusiya sərt bir mövqe göstərib mayın 9-dan əvvəl bu abidənin məhv edilməsini, yer üzündən silinməsini tələb etməlidir. Başqa cür ola bilməz. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir. Ermənistan sanki üzümüzə gülümsəyir, amma digər tərəfdən də bizə arxadan zərbə vurur".
ABŞ Prezidenti Cozef Baydenin "erməni soyqırımı" ilə bağlı son açıqlamasını şərh edən rusiyalı ekspert vurğulayıb:
"Amerika heç vaxt yardımçı olmayacaq. Amerika bölgədə xaosun olmasında maraqlıdır. Əlbəttə ki, bu ölkənin yardımı elə bundan – yəni "soyqırımı" ilə bağlı bəyanat verməklə Ermənistanın millətçi qüvvələrinə qisas almaq ümidi verməkdən ibarətdir. Amerika hər vasitə ilə dünyanın hər yerində öz təsirini qorumağa çalışır. Amma bu, onda alınmayacaq. Amerikalılar oturduqları budağı özləri kəsiblər. Türkiyə, həmçinin Azərbaycan Rusiya ilə daha da sıx əməkdaşlığa başlayacaq". /oxu.az

Siyasi       Tarix: 01 may 2021
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda oxu.az xeberler qurban bayrami 2026 sonxeberler