Politoloq: "Zəngəzur koridoru açılmasa Laçın dəhlizini bağlamalıyıq

"Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında dedikləri həm daxili auditoriyaya hesablanıb, həm də Moskvaya yönələn mesajlardır. Amma onun fikirlərində məntiqsizlik var".
Azxeber.com xəbər verir ki, bunu "Report"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Ekspert vurğulayıb ki, N.Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər reallığa uyğun deyil: "O bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, lakin bu, Qarabağa aid olmayacaq. Bu, sadəcə mümkün deyil. Çünki sülh müqaviləsinin imzalanması ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması deməkdir. Fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da Soçidə keçiriləcək görüşdə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılacaq".
N.Paşinyanın rəsmi Bakının İrəvana qarşı aqressiv siyasət yürütməsi və guya Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı iddialarına toxunan politoloq söyləyib ki, erməni siyasətçilər işğal dövrünün reallıqlarına öyrəşiblər və hazırkı vəziyyəti qəbul edə bilmirlər: "Təkcə Paşinyan yox, digər siyasi liderlər də uzun illər sərhədin olmamasına öyrəşmişdilər. Qarabağı faktiki olaraq özlərinə birləşdirmişdilər. Elə bilirdilər ki, belə də davam edəcək. Ancaq biz artıq ərazi bütövlüyümüzü təmin etmişik. Bu, əlbəttə, Ermənistan üçün ağırdır. Biz isə öz işimizi görməli, strateji yüksəkliklərə nəzarətimizi artırmalıyıq. Amma bu o demək deyil ki, diaoloq istəmirik, əksinə, Ermənistanla dialoqu da genişləndirməliyik. İndi əsas məsələ Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanmasıdır. Rusiyanın Ermənistana təzyiqləri artsa, bu proses baş verə bilər. Rusiya rəsmiləri hələlik komissiyanın yaradılması məsələsini gündəmə gətiriblər. Əgər Zəngəzur dəhlizinın açılması ilə bağlı razılıq əldə olunmasa biz də adekvat addım atıb, Laçın dəhlizini bağlamalıyıq".
Politoloq: N.Paşinyan mətbuat konfransında Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edib. Əslində bu erməni həyasızlığının növbəti nümunəsidir. İrəvanda oturanlar bununla 30 il Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini ört-basdır etmək istəyirlər. Amma bunu bacarmayacaqlar, neçə ki işğal dövründə buna nail ola bilmədilər. Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.
N.Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Hökumət başçısı öz nitqində Qarabağı yenə də "Artsax" adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.
N.Paşinyan xəritələrin çox olduğunu özü etiraf edib və hətta onları şəkilli kağız adlandırıb. O, Azərbaycanın mövqeyini təsdiq edib ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur.

Siyasi       Tarix: 25 noyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.   xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un Şərqi Avropa bürosunu

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xeberler maraqlı xəbərlər son xeberler bugun sonxeber.az