Polşa bu ölkədən 300-ə yaxın raket artilleriya qurğusu ALACAQ
Polşa Cənubi Koreyadan 300-ə yaxın "K239 Chunmoo" reaktiv yaylım atəş sistemlərinin (MLRS) alınmasına dair Seul ilə danışıqları başa çatdırıb.
KONKRET.az"Defense news"a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak bildirib.
Onun sözlərinə görə, müvafiq müqavilə gələn həftə Seula səfəri zamanı imzalanacaq.
Nazir qeyd edib ki, ilkin olaraq Varşava ABŞ-dan 500 "HIMARS MLRS" qurğusu almaq istəyib, lakin hazırkı şərtlərlə Polşa həm "HIMARS", həm də "K239 Chunmoo"nu alacaq.
"Bu, əla artilleriya silahıdır. Ukraynadakı müharibədə apardığımız müşahidələrə əsasən, artilleriyanın döyüş meydanında nə qədər üstünlük yarada biləcəyini aydın şəkildə görə bilərik", – Blaşak əlavə edib.
Polşaya ilk tədarüklərinin 2023-cü ildə baş tutacağı gözlənilir.
Qeyd edək ki, gözlənilən sövdələşmənin dəyəri açıqlanmayıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü