Portuqaliya Azərbaycanda səfirlik açır
Aprelin 1-də xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən azxeber.com-a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov bu qərara görə təşəkkür edib.
Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji, ticarət, nəqliyyat və turizm sahələrində genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətə çatdırıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK