"Poz-Qazan" oyunlarında yanvarda 7 böyük uduş qazanıldı
"Azərlotereya" ASC-nin təşkil etdiyi "Poz-Qazan" lotereyaları üzrə yanvar ayında ümumilikdə 7 böyük uduş qazanılıb.
azxeber.com xəbər verir ki, onlardan "Şans Ulduzu"nda 50 000 manat və 2 dəfə 10 000 manat, "Qızıl"da 2 dəfə 25 000 manat, "Ani 50" və "Göz Muncuğu" ani lotereyalarında isə 2 dəfə 10 000 manat qazanılıb.
Uduşların qazanıldığı bölgələrə gəlincə, "Şans Ulduzu"nda böyük uduş - 50 000 manat Abşeron, 10 000 manatlıq uduşlar isə Lənkəran və Şabran sakinlərinə qismət olub.
"Qızıl"da 25 000 manat böyük mükafat Sumqayıt və Bakıda qazanılıb. Gəncə sakini Gülşən Hüseynovanı Sumqayıtda, Rəşadət Hacıyevi isə Binə qəsəbəsində aldığı bilet sevindirib.
"Göz Muncuğu" lotereyasında 10 000 manatı Bakı, "Ani 50"də analoji mükafatı isə Bərdə sakini qazanıb.
Qeyd edək ki, "Azərlotereya"nın "Poz-Qazan" biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu