Praqa sammitinin SÜLH sazişi və Zəngəzur DƏHLİZİ hissəsi... - "Məcburetmə əməliyyatlarını gözləmək olar"

Praqa sammitinin SÜLH sazişi və Zəngəzur DƏHLİZİ hissəsi... - Praqa sammiti maraqlı görüş və müsahibələrlə yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsində mühüm məqamlar var. Biz isə elə ilk suala cavabın birinci cümləsinin əvvəlindən bəhs etmək istərdik:
"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq".
KONKRET.az mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəylinin fikirlərini öyrənib. Ölkə başçısının belə deməsinə səbəb isə bu cür irəliləyişin ilk dəfə yaşanmasıdır:
"Həm də bu ona görə baş verdi ki, Praqa səfərindən öncə Paşinyanın parlamentə müraciətində Qarabağın Azərbaycandan ayrılmasının imkansız məsələ olduğuna toxundu, sülhə yönəlik müsbət mesajlar verdi. Bu mesajlar içərisində biz təkcə Qarabağı nəzərdə tutmuruq. Regionda kommunikasiyaların açılması məsələsi gündəmə gəldi.
Bu xüsusda son 12-14 sentyabr toqquşmalarının üzərindən çox müddət keçməməsi fonunda ölkələrin xarici işlər nazirlərinin, Prezident köməkçilərinin görüşləri intensiv dialoq durumu yaratdı və bu, vasitəçilərin də çox ciddi rolunun olduğunu göstərir".
Əziz Əlibəyli Zəngəzur dəhlizindən də bəhs edib:
"O ki qaldı Zəngəzur məsələsinə, bu həm 10 noyabr razılaşmasının, kapitulyasiya aktının, həm də Azərbaycanın irəli sürdüyü 5 əsas təklifin vahid hissəsini təşkil edir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması Ermənistan-Türkiyə münasibətlərinin tərkib hissəsi kimi ortaya çıxır. Şübhəsiz ki, bu məqamda Prezidentin görüşdən əvvəl səsləndirdiyi fikir var idi: Ermənistan ərazisi olsa da, olmasa da, Zəngəzur dəhlizi reallaşacaq. Elə hesab edirik ki, bu reallaşdırma anlayışının içərisində diplomatik yanaşmalarla yanaşı, hətta məcburetmə əməliyyatlarının həyata keçirilməsini də gözləmək mümkündür".
Paşinyan Praqa görüşündən sonra bildirib ki, kommunikasiyalarla bağlı İrəvanın təklifinə Bakı müsbət cavab verməyib. Erməni lider nəyi nəzərdə tuta bilər?
"Kommunikasiyalarla bağlı narazılıq belə hesab olunur ki, onun hüquqi rejimi ilə bağlıdır. Ermənistan beynəlxalq qarantiya, yaxud təhlükəsizlik standartına uyğun cavab verməməklə israrlıdır. Təbii ki, burda suverenliklə bağlı İranla birlikdə daha böyük güzəştlərə nail olmaq üçün müəyyən problemlər yaratmaq istəyində ciddidirlər", – deyə müsahimiz fikrini bitirib.
Praqa sammitinin SÜLH sazişi və Zəngəzur DƏHLİZİ hissəsi... - Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 07 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri sosial yardim son xəbərlər