Əbu-Dabi görüşü: Rusiyadakı qrup hərəkətə keçdi

Əbu-Dabi görüşü: Rusiyadakı qrup hərəkətə keçdiRusiya və Ermənistandakı şovinist dairələr Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki görüşünün təşkilinin arxasında Vaşinqtonun dayandığını irəli sürüblər. Yəni həmin dairələrin məntiqinə görə, BƏƏ ABŞ-ın bölgədə əsas müttəfiqlərindən biri kimi Vaşinqtonun təlimatı əsasında Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edib. Bunu həm də onunla izah edirlər ki, görüşdən bir gün əvvəl Dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıyla bağlı optimist fikirlər söyləyib.
KONKRET.azxəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında Vaşinqtonun maraqlı olmasında qeyri-adi heç nə yoxdur:
"Buna baxmayaraq, Bakı ilə İrəvan arasında mümkün razılaşmanın arxasında Vaşinqtonun dayandığı barədə iddialar şişirdilib. Birincisi, Vaşinqtonun istəyinə rəğmən, Bakı ilə İrəvan öz aralarında razılıq əldə etməsəydilər, Əbu-Dabidə görüş baş tutmazdı. Demək, tərəflər arasında uzun müddətdir birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub və bunun əsasında liderlər görüşə və mümkün razılaşmaya ehtiyac duyublar. O ki qaldı görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsinə, bu dövlətin ABŞ-ın tərəfdaşı olmaqla yanaşı, Azərbaycan və Ermənistanla da sıx iqtisadi münasibətləri var. Yəni Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan liderlərinin görüş yeri kimi münasib məkanlardan biri olaraq dəyərləndirilib. Bunun üçün Vaşinqtonun xüsusi təklifinə ehtiyac olmayıb. Böyük ehtimalla görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi Prezident İlham Əliyevin təklifi olub.
Əbu-Dabidə razılaşma əldə olunarsa, Rusiyada və Ermənistandakı şovinist dairələr Baş nazir Nikol Paşinyana qarşı yeni "arqument" ortaya atacaqlar. Deyəcəklər ki, Paşinyan məhz Əbu Dabidəki mümkün razılaşma ərəfəsində Ermənistandakı rəqiblərini sıxışdırmağa və həbs etməyə başlayıb. Guya bu qüvvələr sıxışdırılmasaydı, Paşinyanın İlham Əliyevlə mümkün razılaşmasına əngəl olacaqdılar. Halbuki radikallar azadlıqda olanda nə qədər çalışsalar da, ermənilərin əksəriyyətini Nikol Paşinyana qarşı üsyana qaldıra bilmədilər".

Siyasi       Tarix: 10 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat beynelxalq bank mezenne metbuat xeberleri xeber.az 2026