Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?
Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?
Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda bildirib.
Ölkə başçısı qeyd edib ki, bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar, böyük qüsurlar da olub.
"Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq", - deyən Prezident 2018-ci ilin yayında Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzaya diqqət çəkib.
"Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə "Azərenerji"nin rəhbərliyi tamamilə dəyişdirildi",-deyə Prezident əlavə edib.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı