Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri parlamentə gəldi
Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri parlamentə gəldi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, iclasda Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
İclasda Prezident Administrasiyasının, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur.
Həmçinin, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.
Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.
30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir.
Bəzi cinayətlərə görə isə inzibati məsuliyyətlər nəzərdə tutulur.
Məsələn, hərbi xidmət əleyhinə olan cinayətlərə görə müəyyən edilən cəzalar yüngülləşdirilir.
Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə "hərbi xidmət əleyhinə olan inzibati xətalar" adlı fəslin əlavə olunması təklif edilir.
Aqşin Kərimov

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var