Prezident Administrasiyasının rəhbəri Putinin xüsusi nümayəndəsi ilə görüşdü
Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Azxeber.com xəbər verir ki, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb.
İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı niyyət bir daha ifadə edilib.
Görüşdə humanitar əlaqələrin vacib tərkib hissəsi olan mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və bu sahədə birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanda rus dilinə və rus mədəniyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, ölkəmizdə təhsilin rus dilində aparıldığı 340-dan çox məktəbin fəaliyyət göstərdiyi qeyd olunub.
COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin davam etməsi məmnunluqla vurğulanıb.
Söhbət zamanı, həmçinin diaspor və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı