Prezident Administrasiyasının şöbə müdiri siyasi partiyaların qadın üzvləri ilə görüşdü

Prezident Administrasiyasının şöbə müdiri siyasi partiyaların qadın üzvləri ilə görüşdüPrezident Administrasiyasının şöbə müdiri siyasi partiyaların qadın üzvləri ilə görüşdü
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6-da "Siyasi dialoqda qadınların rolu" mövzusunda videokonfrans formatında tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə 31 siyasi partiyanı (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, AĞ Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Kommunist Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Yeni Zaman Partiyası, Ədalət Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası) təmsil edən 50-dən çox qadın iştirak edib.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən qadınları Prezident İlham Əliyevin adından 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.
Dövlətin, həmçinin ictimai təfəkkürün inkişafında qadınların rolu kontekstində tarixə ekskurs edən şöbə müdiri tarixi ənənələrin parlaq davamçısı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya siyasi arenasında öz sözünü deyən müasir dünyamızın ən nüfuzlu qadınları sırasında öncül yer tutduğunu vurğulayıb, onun müstəqil Azərbaycanın aparıcı qadın qüvvəsinin siması olmaqla, qadın hərəkatını canlandırdığını, bu istiqamətdə məzmun etibarilə yeni, müasir mərhələ açdığını qeyd edib. Azərbaycanın beynəlxalq təşəbbüsləri və uğurları kontekstində Mehriban xanım Əliyevanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən humanitar xarakterli, habelə multikulturalizm, mədəniyyətlərarası dialoq, tolerantlıq və bu kimi digər inteqrativ məzmunlu qlobal layihələrin dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.
Sonra Administrasiya rəsmisi Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşdırılan sistemli islahatlar, həmçinin siyasi dialoq mühitinin təşviqi istiqamətində görülmüş işlər haqqında məlumat verib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam və etibarlı münasibətlərin qorunmasında qadınların əvəzolunmaz rolunun, vətəndaş cəmiyyəti institutlarının daha fəal mövqe tutmalarının vacibliyini qeyd edib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Qadınlar siyasi həmrəylik uğrunda", Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Fatma Yıldırım "Qadınların demokratik parlament ənənələrinin inkişafında rolu və siyasi dialoqa töhfələri", Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri (Müsavat Partiyasının üzvü) Novella Cəfərova "Vətən müharibəsi və insan hüquqları", Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova "Siyasi proseslərdə qadınların iştirakı", Hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin rəhbəri (Müsavat Partiyasının üzvü) Səidə Qocamanlı "Qadınların qərar qəbuletmədə rolu", Azəri-Türk Qadınlar Birliyinin sədri (Vətəndaş Həmrəyliyi Partiyasının üzvü) Tənzilə Rüstəmxanlı "Vətən müharibəsində qəhrəman qadınlar", Azərbaycan Ümid Partiyası sədrinin müavini Tamilla Qulami "Qadınlar barış və dialoq təbliğatçılarıdırlar", Azərbaycan Milli İstiqlal Partiyasının fəalı Ceyran Ənsər "Siyasi dialoq mədəniyyətinin inkişafı", Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı "Siyasi dialoqun zərurəti: mövcud vəziyyət və perspektivlər", Milli Cəbhə Partiyasının fəalı Almaz Məmmədova "Təhsildən kənar qalan qadınlar: mövcud problemlər və çıxış yolları" və Gələcək Azərbaycan Partiyası Qadınlarla iş üzrə sədrinin müavini Tovuz Soltanova "İctimai sektorda qadınların fəaliyyəti və inkişaf yolu" mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Sonda Administrasiya rəsmisi ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmuş qadınların bundan sonra da dövlətin inkişafında və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasında öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə əminliyini bildirib. /oxu.az

Siyasi       Tarix: 06 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun