Prezident Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olunub.
Bu ilin yanvarında Azərbaycana işgüzar səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayan Gürcüstanın Baş naziri həmin görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası istiqamətində görülən işlərə toxunub.
İrakli Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrimizə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirib.
Dövlətimizin başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.



Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı