Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının vacibliyi barədə bu gün səsləndirdiyi bəyanatla razıdır.
KONKRET.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Paşinyan bunu bu gün Milli Assambleyada çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, Ermənistan ərazisində inşa edilən dəmir yolu xətti Azərbaycanın dəmiryol şəbəkəsi ilə birləşdirilməlidir və bu səbəbdən texniki xüsusiyyətlər mütləq şəkildə uzlaşdırılmalıdır.
"Biz hesab edirik ki, dəmir yolumuz Azərbaycanın dəmir yolu ilə əlaqələndirilməlidir. Buna görə də həmin məsələlər və texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupu da məhz bu məqsədlə yaradılıb", – deyə baş nazir qeyd edib.
Bununla yanaşı, o vurğulayıb ki, TRIPP layihəsinin icrasının praktiki mərhələsinin ən mühüm hissələrindən biri cənub istiqamətində kommunikasiya xətlərinin çəkilişi üçün tələb olunan sərhəd sahələrinin demarkasiyası olacaq.
Paşinyan həmçinin sərhədyanı çayların istifadəsi məsələsində Ermənistanla Azərbaycanın necə əməkdaşlıq edəcəyinə aydınlıq gətirib. Məlum olduğu kimi, bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində baş tutan son görüşdə də müzakirə edilib.
Parlamentdəki hökumət saatı zamanı Paşinyan həmçinin deyib:
"Sülh gündəliyinin həyata keçirilməsi çərçivəsində hər iki dövlət sərhəd çaylarının sularından birgə istifadə məsələsində də əməkdaşlıq edə bilər və etməlidir. Hər iki ölkənin ərazisindən keçən çaylar, müəyyən ekoloji standartlar və s. mövcuddur. Bizim İran və Türkiyə ilə də bu cür əməkdaşlığımız var".
Paşinyan hazırda Azərbaycan tərəfi ilə işçi qruplarının formalaşdırıldığını, lakin hələlik heç bir görüşün keçirilmədiyini deyib.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək