Prezident: "Azərbaycan Xəzər dənizinin Şərq sahilindən olan etibarlı tranzit ölkəyə çevrilib
Prezident: "Azərbaycan Xəzər dənizinin Şərq sahilindən olan etibarlı tranzit ölkəyə çevrilib"
Azərbaycan və Türkmənistan arasında Dostluq yatağına dair anlaşma memorandumu imzalanıb. Bu yataq azərbaycanlı geoloq və neftçilər tərəfindən Sovet dövründə kəşf edilmişdi. Onun dair baza prinsiplərinin hazırlanması üçün çox vaxt tələb edildi və biz onu Dostluq adlandırdıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında anlaşma memorandumunun imzalanması Xəzər hövzəsində çox əlamətdar hadisədir. Bu, Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün də çox faydalı olacaq.
"Azərbaycan artıq Xəzər dənizinin Şərq sahilindən olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəsinə çevrilib. Uzun illərdir ki, biz Xəzərin şərqində yerləşən tərəfdaşlarımız üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmiryolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edirik. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir", - deyə Prezident İlham Əliyev vurğulayıb. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına