Prezident Azərbaycanda yeni şəhər yaradılmasını təsdiqlədi
Prezident Azərbaycanda yeni şəhər yaradılmasını təsdiqlədi
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
AZƏRTAC xəbər verir ki, dəyişiklərə əsasən, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilir, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilir.
Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilir, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilir.
Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilir, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilir. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir