Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - "Gizli görüş"lə bağlı

Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - "Bakıda belə bir görüşün keçirilməsi barədə "The Times" qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq".
azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabında deyib.
Dövlət başçısı bildirib ki, dünən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib:
"The Times" qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik.
Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq".
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır:
"Bizim məqsədimiz bundan ibarətdir ki, müharibə dayansın və bölgədə sülh təmin edilsin".

Siyasi       Tarix: 22 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun bugünki xəbərlər krimnal xeber axsam.az xeberler