Prezident Blinkenin xahişinə bir şərtlə razılıq VERDİ

Prezident Blinkenin xahişinə bir şərtlə razılıq VERDİNoyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
KONKRET.az xəbər verir ki, telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O"Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.
Azərbaycan tərəfinin ABŞ-nin Azərbaycana münasibətdə yüksəksəviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dən olan yüksəksəviyyəli səfərləri ləğv etdiyini xatırladıb.
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.

Siyasi     Baxılıb: 133   Tarix: 28 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp yeni plan hazırladı: ABŞ yaxın aylarda İrana hücum edəcək

Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı gərginlik yenidən artmaqdadır. ABŞ administrasiyası rəsmi Tehranın nüvə fəaliyyəti ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə "sərt tədbirlər" görəcəyin

Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib?

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb. KONKRET. -a istinadla xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkə

Bakı və İrəvan hazırlıq mərhələsində: Seçkilərdən əvvəl sülh, yoxsa...?

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb. Bəs sülh müqaviləsinin seçkilərdən əvvəl imzalanması real görünürmü

"Əminəm ki, Ermənistan xalqı da belə düşünür" - Prezident

"Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu, çox yaxşı və xüsusi hissdir, bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür". xəbər verir ki, bu sözləri Preziden

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda deyilir. Bildirilib ki, Abbas Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti

"Ramiz Mehdiyevin milyardlarla pulu xarici banklarda və dövlətlərdədir

"17 milyon nədir ki? Ramiz Mehdiyevin milyardlarla pulu xarici banklarda və dövlətlərdədir". Bu sözləri -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. . O bildirib ki, Ramiz Mehdiyev b

Vens: Prezident Tramp Azərbaycana və Ermənistana heyrandır

Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qüru

Bu qurumlara yeni səlahiyyətlər verildi - FƏRMAN

"İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə" 15 fevral 2016-cı il tarixli və "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti ola

"Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir" - Hikmət Hacıyev

"Bu gün ölkəmizdə ilk televiziyanın yaranmasından 70 il ötür". KONKRET.azxəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeber az xeber.az 2026 xeberler bugun 2026