Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi

Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.
azxeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Çıxışına Azərbaycan dilində başlayan Dankan Norman deyib: "Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram".
Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğulayıb.
Səfir bərpaolunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini deyib, təhsil sahəsində əlaqələri qeyd edib və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırıb.
O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini deyib.
Dankan Norman, eyni zamanda, ölkəsinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırladıb.
Dövlət başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzulayıb, onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirib.
Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız ikitərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini deyib.
Minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlığını ifadə edən dövlət başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirib.
Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirib, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd edib.
Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək.
Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlət başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğu vurğulayıb.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdiPrezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi

Siyasi       Tarix: 19 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026