Prezident "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb

Prezident "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıbPrezident "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb
Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzalayıb.
Dəyişikliklərə əsasən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi aşağıdakı kimi müəyyənləşib:
- "Dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir.
- Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir.
- Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
- Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir.
- Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.
- Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
- peşə bilikləri;
- qulluq (xidməti) vəzifələrinə münasibəti;
- təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
- yaradıcılıq və təşəbbüskarlıq;
- iş təcrübəsi və onu bölüşmə;
- kollektivdə işləmək və ünsiyyət bacarığı.
- Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti bu Qanunun 30-1.6-cı maddəsində göstərilənlərə əlavə olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
- proqnozlaşdırma;
- idarəetmə;
- kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;
- komanda qurmaq bacarığı.
- Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
- əla;
- yaxşı;
- kafi;
-  qeyri-kafi.
- Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır.
- Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır.
- Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunur. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər.
- Dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində aşağıdakı tədbirlərdən biri görülə bilər:
- dövlət qulluqçusunun mükafatlandırılması;
- dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi;
- dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;
- dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi;
- dövlət qulluqçusunun aşağı inzibati vəzifəyə keçirilməsi.
- Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və qiymətləndirilmə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.". /oxu.az

Siyasi       Tarix: 26 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az siyaseti xeberler bugun maliyye xeberler bugun sou biznes