Prezident: "Düşmən rəzalət damğası ilə yaşayacaq"
Prezident: "Düşmən rəzalət damğası ilə yaşayacaq"
Azərbaycan Ordusu erməni mifologiyasını, uydurmasını məhv etdi. Biz onları yerinə oturtduq. Bundan sonra onlar rəzalət damğası ilə yaşayacaq.
Bu sözləri Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində deyib.
Prezident İlham Əliyev bildirib ki, düşmən bizim qarşımızda diz çöküb:
"Düşmən rəzalət damğası ilə yaşayacaq, biz isə qürur hissi ilə yaşayacağıq. Azərbaycan müzəffər xalq kimi, yenilməz ordu, güclü, iradəli dövlət kimi yaşayacaq".
Ölkə başçısı 44 gün ərzində müntəzəm olaraq müxtəlif dövlətlərdən gələn təzyiqlərə baxmayaraq, qazanılan möhtəşəm qələbənin xalqımıza yaraşdığını vurğulayıb:
"Bu qələbə bizim dövlətimizə, igid oğullarımıza yaraşır. Bu qələbə gücümüzü göstərdi. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaqdı, barışmadı da. 17 il ərzində mən demişdim ki, heç vaxt imkan vermərik ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağını demişdim. Mənim çıxışlarım hər yerdə var. Mən bü sözləri demişəm və dediyimə əməl etmişəm.
İşğalçıları torpaqlarımızdan qovmuşuq, ərazi bütövlüyümüzü bərpa etmişik, ikinci erməni dövlətinin yaranmasına imkan verməmişik və heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, mütərəqqi Azərbaycan dövlətində bütün xalqların, dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bizim erməni xalqı ilə işimiz yoxdu. Dəfələrlə demişəm ki, erməni xalqı görəcək ki, Azərbaycan rəhbərliyi altında onlar daha yaxşı yaşayacaqlar".
Könül Cəfərli /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına