Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
azxeber.com xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.
Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd edib.
Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğulayıb. Dövlət başçısı imzalanacaq sənədlərin önəminə də toxunub.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlət başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə "Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" layihəsi üzrə Kredit sazişi imzalanıb.
Həmçinin imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında "Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu" mübadilə olunub.
Daha sonra dövlət başçısı İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim edib.
Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTOPrezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Siyasi       Tarix: 19 iyun 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri sonxabar en son xəbərlər bugün xeber.az bu gun