Prezident Fərman imzaladı - Qərb Sənaye Parkı yaradılır

Prezident Fərman imzaladı - Qərb Sənaye Parkı yaradılırAzərbaycanda Qərb Sənaye Parkı yaradılır.
azxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Park Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yaradılıb.
Müəyyən edilib ki, Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;
Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra − Agentlik) həyata keçirir.
Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 yüz min manat ayrılıb.
Nazirlər Kabinetinə üç ay müddətində Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş "Azəralüminium" MMC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini təmin etmək, Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"yə və digər normativ hüquqi aktlara uyğun olaraq Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etmək,bu Fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi Qərb Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, Qərb Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etməlidir.
Həmçinin Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görlməlidir.
Maliyyə Nazirliyinə bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Siyasi       Tarix: 15 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag