"Prezident İlham Əliyev Münhendə ölkəmizin milli maraqlarını yüksək səviyyədə qorudu" - ŞƏRH

"Cənab Prezident İlham Əliyevin 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirakı və oradakı uğurlu görüşləri, diplomatik gedişləri bir daha ölkəmizin dövbəti dəfə beynəlxalq platformada çox böyük uğur qazandığının göstəricisidir". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 
Deputat qeyd edib ki, görüşlərdə Cənab İlham Əliyev ölkəmizin milli maraqlarını, mənafemizi yüksək səviyyədə qorudu:
"Belə ki, həm ikitərəfli görüşlərdə, həm ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın baş naziri Paşinyanla baş tutan üçtərəfli görüşdə Cənab İlham Əliyev ölkəmizin milli maraqlarını, mənafemizi orada yüksək  səviyyədə qorudu. Görüşdə Azərbaycan tərəfinin təklif etdiyi məsələləri səsləndirdi və görüşdən sonrakı müsahibəsində də qeyd etdi ki, Blinken də Azərbaycanın bütün bu qayğılı məsələlərini, təklif və tələblərini anlayır və qəbul edir. Təbii ki, görüşün uğurlu nəticələrini biz hələ qarşıda daha geniş sürətdə görə biləcəyik". 
Millət vəkili bildirib ki, növbəti dəfə Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında Paşinyanı mat vəziyyətə qoydu:
"Digər məsələ konfransın Cənubi Qafqaz üzrə sessiyasında, Azərbaycan Prezidenti, Gürcüstanın və Ermənistanın baş naziri ilə debat formasında olan görüşdə növbəti dəfə Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında Paşinyanı mat vəziyyətə qoydu. Azərbaycanın haqlı tələblərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu, Ermənistanın işğalçı olduğunu və Azərbaycanın tarixi qələbəsindən sonra Ermənistanın kapitulyasiya aktına imza atdığını söylədi. Növbəti dəfə Paşinyanı daha rəzil duruma saldı. Paşinyan növbəti dəfə ölkəsini biabır etdi. Əslinə qalsa, bunun kökündə, mayasında Ermənistanın işğalçılıq siyasəti dayanır. Çünki Paşinyan heç cür işğala haqq qazandıra bilməz, heç cür torpaqlarımızın işğal olunması, məscidlərimizin dağıdılması, evlərimizin talan edilməsi, yandırılması, ümumiyyətlə, yer üzündən silinən kəndlərimiz, şəhərlərimizlə bağlı obyektiv fikir söyləyə bilməz. Çünki bütün bu məsələlərin kökündə məhz Ermənistanın aqressiyası, işğal siyasəti dayanır".
"Artıq Azərbaycan növbəti dəfə beynəlxalq platformada böyük uğurunu qazandı, fikrini söyləmək olar", - deyə deputat əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 20 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az son xeberler azerbaycan son.xabar xeber saytlari