Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədirPrezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, nüfuzlu "Reuters" agentliyinin, ABŞ-nin "US News", "The Straitstimes", "Econotimes" qəzetlərinin, "Global Banking and Finance" internet resursunun, habelə beynəlxalq analitik portal olan "Al-Monotor"un dərc etdiyi "Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək" sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Materialda bununla bağlı yanlış məlumatları təkzib edən dövlətimizin başçısının sözləri sitat gətirilir: "Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur".

Türkiyənin aparıcı media orqanları da Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbər agentlikləri və qəzetləri Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlı fikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarına diqqət yetiriblər.
Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərin inkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub.
Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının qlobal proseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

Gürcüstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb.
Nüfuzlu "resonancdaily.com", "bpn.ge", "interpress.ge", "qafqazturk.com", "aktual.ge", "24news.ge", "realnews.ge" informasiya portalları, eləcə də "1tv.ge" televiziyası və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.

Əksəriyyəti AZƏRTAC-a istinadla yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin bu dəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.
Yaxın Şərqin ortaq portalı olan "Salem", həmçinin "Europa Press" qəzetinin materiallarında qeyd olunur ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstinin səfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli olduğunu bildirib. Prezident əlavə edib: "Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-nin BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz".

Nüfuzlu "əş-Şarq əl-Avsət", "əl-Quds əl-Arabi", "əl-Dustur", "əl-Şuruq", "samanyus", eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıblar.
Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.
İspandilli "Demcrata", "Notimersa", "Portaltela", "Teleprensa", "Itongadol", "Infobae" agentlik və portallarında dərc olunan xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak etmədiyini diqqətə çatdırıb.

Beynəlxalq iqtisadiyyat portalı "Investing.com", İsrailin "The Jerusalem Post", "Israelhayom", "Time of Israel" qəzetləri, rus dilində nəşr olunan "Vesti İzrail" portalı, Bolqarıstanın "Dnevnik" nəşri, Yunansıtanın "Skai" internet resursu da Azərbaycan Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına sülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları təkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını, həmçinin bununla bağlı təəssüfləndiyini bildirib.

Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara Pakistanın "Ummat", "Dawn", Hindistanın "Shafaqna India", İranın "Mehr" agentliyi, "Tahlil İran" və "Vista" portallarının dərc etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma Qəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç bir əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.

Siyasi       Tarix: 06 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı