Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
azxeber.com xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirdi.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun bu səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, eyni zamanda, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
Mazen Torki Saud Əl-Qadi İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Kral II Abdullah ibn Al Hüseyni ölkəmizə səfərə dəvət etdi.
Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq bunu Azərbaycanla İordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.
O, Azərbaycan Prezidentinin və İordaniya Kralının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsini məmnunluqla vurğuladı.
Qonaq Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrildiyini dedi. O, həmçinin vurğuladı ki, Azərbaycanda mövcud olan sıx xalq-iqtidar birliyi dövlətimizin başçısının həyata keçirdiyi siyasət sayəsində ölkədə ictimai ədalətin təmin edilməsindən xəbər verir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa, həmçinin ərəb və İslam dünyasını narahat edən məsələlərə həmişə böyük diqqətlə yanaşdığını, islam həmrəyliyini daim dəstəklədiyini vurğulayan Mazen Torki Saud Əl-Qadi ölkəmizin Fələstin məsələsində tutduğu birmənalı və ədalətli mövqeyin yüksək qiymətləndirildiyini dedi.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdıran qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğuladı.
Mazen Torki Saud Əl-Qadi, həmçinin Bakı şəhərinin gözəlliyinin və təmizliyinin onda zəngin təəssürat yaratdığını qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı öz növbəsində Kral II Abdullah ibn Al Hüseynin rəhbərliyi ilə İordaniyanın da uğurla inkişaf etdiyini dedi.
Azərbaycanın İslam həmrəyliyinə daim dəstək nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev Fələstin məsələsində ölkəmizin Əl-Qüds Əl-Şərif paytaxt olmaqla iki dövlət həll yolunu daim dəstəklədiyini qeyd etdi.
Görüşdə əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edibPrezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

Siyasi       Tarix: 22 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri sonxabar en son xəbərlər bugün xeber.az bu gun