Prezident İsrail XİN rəhbərini qəbul etdi - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsrailin xarici işlər naziri Gideon Saarı qəbul edib.
azxeber.com xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.
Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunulub.
Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulanıb.
Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O, Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Zelenski dünyanı sərt tədbirlərə çağırdı: "Rusiya ağılını itirib..."
Şeydayevin yeni klubu rəsmiləşdi
Unibankda yeni sədr təyinatı oldu
Hörmüz boğazının açılması üzrə danışıqlarda irəliləyiş əldə olundu
Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - AÇIQLAMA
25 ştat Ağ Evə qarşı məhkəməyə müraciət etdi
Livan İsraillə danışıqlarda "pilot zonalar" yaradılmasını təklif etdi
Gəzintiyə çıxan ər-arvad maşınla birlikdə çaya düşərək həlak oldu - FOTOLAR
Brent markalı neftin qiymətində ŞOK ucuzlaşma başladı
Ən təhlükəli vulkanlardan biri yenidən püskürdü
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama
Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı - Vəziyyəti ağırdır
İran İraq və Küveyt sərhədinə qoşun yeridir – Təcili Xəbərdarlıq
Tramp İrana ultimativ tələb irəli sürdü: "Ya razılaşma, ya da..."