Prezident İzabel Dümon və Toivo Klaarı qəbul etdi - YENİLƏNİB

Prezident İzabel Dümon və Toivo Klaarı qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırıb və Fransanın Avropa İttifaqına sədrliyinin uğurla həyata keçiriləcəyinə və səmərəli olacağına ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı ötən il dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Fransa və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu formatda baş tutan görüşü yüksək qiymətləndirərək bunun Brüsseldə müzakirə olunan sülh gündəliyinin inkişaf etdirilməsi üçün müsbət imkanlar yaratdığını vurğulayıb.
Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon Azərbaycan xalqı üçün 20 Yanvar Hüzn Günündə nümayəndə heyətini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, Avropa İttifaqının sədri qismində Fransadan və Avropa İttifaqından olan nümayəndələrlə birlikdə bu səfəri həyata keçirdiklərini qeyd edib. İzabel Dümon bu səfərin dekabrın 15-də Brüsseldə keçirilən müsbət görüşlərin davamı olaraq müzakirələrin aparılması məqsədi daşıdığını vurğulayıb.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, regiona səfərin vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə regionda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19:25
Prezident İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Siyasi       Tarix: 21 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberlər cebheden xeber sonxeber az novruz bayramı