Prezident Maliyyə Monitorinqi Xidməti haqqında fərman imzalayıb
Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tətbiq edilməsi barədə 23 fevral 2009-cu il tarixli fərmanının ləğv olunmasına dair fərman imzalayıb.
azxeber.com xəbər verir ki, fərmana əsasən, Xidmətin fəaliyyətinin əsas məqsədi ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.
Qurum həmin qanuna uyğun olaraq müvafiq sahədə monitorinq həyata keçirməli, öhdəlik daşıyan şəxslər, qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplamalı, şübhəli halları müəyyən etməli, o cümlədən risk qiymətləndirməsinin aparılması məqsədilə taktiki, strateji təhlil metodlarından istifadə etməklə təhlil etməli, şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirməli, həmçinin təhlilin nəticələrinə əsasən tədbirlər görməlidir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu