Prezident milli maraqları qorumaq üçün necə mübarizə aparıb? - Bakıdan Vaşinqtona uzanan yolun PƏRDƏARXASI

Prezident milli maraqları qorumaq üçün necə mübarizə aparıb? - Bakıdan Vaşinqtona uzanan yolun PƏRDƏARXASISon illər qlobal geosiyasi proseslərin kəskinləşdiyi, böyük güclər arasında maraqlar toqquşmasının artdığı bir dövrdə Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan canlanma xüsusi diqqət çəkir. Uzun müddət ziddiyyətli mərhələlərdən, siyasi təzyiqlərdən və birtərəfli yanaşmalardan keçmiş bu münasibətlər 2025-ci ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin ABŞ-a səfəri və Vaşinqtonda apardığı yüksək səviyyəli danışıqlar təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional əməkdaşlıq perspektivləri prizmasından tarixi əhəmiyyət daşıyır. Məhz bu danışıqlar fonunda Vaşinqtonun uzun illər Azərbaycana münasibətdə sərgilədiyi yanaşmalar yenidən nəzərdən keçirilib, sülh gündəliyində Bakının mövqeyi qəbul olunub və 907-ci düzəliş kimi mübahisəli qərarların faktiki olaraq arxa plana keçməsi mümkün olub. Bütün bunlar 2025-ci ili Azərbaycan–ABŞ münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirməyə əsas verir və bu proseslərin arxasında dayanan siyasi, diplomatik və geostrateji amillər geniş ictimai müzakirə mövzusuna çevrilir. Maraqlıdır, Prezident İlham Əliyevin ABŞ-a səfəri və Vaşinqtonda apardığı danışıqlar Azərbaycan–ABŞ münasibətlərində hansı real üstünlükləri təmin etdi?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, 2025-ci il iki ölkə arasında əlaqələr baxımından tarixi dönüş nöqtəsi hesab olunmalıdır.
Onun sözlərinə görə, ABŞ dünyanın aparıcı ölkələrindən biri olduğu üçün hər bir dövlət kimi Azərbaycan da bu ölkə ilə münasibətlərin müsbət istiqamətdə inkişafında maraqlıdır:
"Azərbaycan rəhbərliyi də son illər ABŞ ilə əlaqələrin normallaşdırılması və inkişafı istiqamətində ardıcıl və uğurlu diplomatik addımlar atıb".
Prezident milli maraqları qorumaq üçün necə mübarizə aparıb? - Bakıdan Vaşinqtona uzanan yolun PƏRDƏARXASIƏli Zülfüqaroğlu xatırladıb ki, Bayden administrasiyası dövründə Azərbaycana qarşı ciddi təzyiqlər müşahidə olunurdu:
"ABŞ Dövlət Departamenti tərəfindən birtərəfli yanaşma sərgilənir, bu isə sülh danışıqları prosesinə mənfi təsir göstərirdi. Belə bir şəraitdə Prezident İlham Əliyev milli maraqların qorunması istiqamətində prinsipial mövqe ortaya qoydu.
Amerikada prezident seçkiləri ərəfəsində dövlət başçısının verdiyi açıqlamalar, eyni zamanda uğurlu diplomatik yanaşma iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərdi".
Siyasi şərhçinin sözlərinə görə, həmin açıqlamalar ABŞ prezidenti Donald Tramp tərəfindən dəfələrlə sosial şəbəkələrdə paylaşılıb ki, bu da Azərbaycan Prezidentinin mövqeyinin ABŞ siyasi dairələrində rezonans doğurduğunu göstərir:
"Məhz bu siyasətin nəticəsi olaraq 2025-ci ilin avqustunda Vaşinqton Bəyannaməsi imzalandı".
Zülfüqaroğlu qeyd edib ki, Vaşinqton Bəyannaməsində Azərbaycanın sülh danışıqları prosesində irəli sürdüyü əsas şərtlər Ermənistanla yanaşı ABŞ tərəfindən də qəbul edildi və ilkin sülh sazişi imzalandı:
"Bununla da bölgədə yeni siyasi mərhələnin əsası qoyuldu, Zəngəzur dəhlizinin açılması üçün real zəmin yarandı. Eyni zamanda, erməni lobbisinin ABŞ hökumətində yüksək vəzifə tutan şəxslər vasitəsilə Amerika siyasətinə təsir göstərmək cəhdləri iflasa uğradı".
Açıqlamada vurğulanıb ki, ABŞ tərəfindən Azərbaycana qarşı illər boyu sərgilənən ədalətsiz yanaşmalar, xüsusilə də 907-ci düzəliş tarixi ədalətsizlik nümunəsi idi:
"Azərbaycan işğala məruz qaldığı halda bu düzəliş öıkəmizə tətbiq edildi. Lakin Azərbaycan–ABŞ münasibətlərinin müsbət məcraya yönəlməsi nəticəsində 907-ci düzəliş faktiki olaraq aradan qaldırılıb və onun tam ləğvi üçün real zəmin formalaşıb".
Əli Zülfüqaroğlu bildirib ki, hazırda iki ölkə hökumətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün danışıqlar davam edir. Bu proses təkcə siyasi əlaqələri deyil, eyni zamanda iqtisadi əməkdaşlığın genişlənməsini də stimullaşdırır.
"Bütün bunlar ABŞ və Azərbaycan arasında bərabərhüquqlu, qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin formalaşdığını göstərir. Bu isə Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi baxımından son dərəcə önəmli addımdır", – deyə siyasi şərhçi diqqətə çatdırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı