Prezident növbəti dəfə Ermənistana xəbərdarlıq etdi - Fransa bundan hansı nəticəni çıxarmalıdır?

Prezident növbəti dəfə Ermənistana xəbərdarlıq etdi - Fransa bundan hansı nəticəni çıxarmalıdır?"Ermənistan sülhün əldə olunmaması üçün bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə edir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirir".
Bu fikirləri azxeber.com-a açıqlamasında deputat Hikmət Babaoğlu Prezident İlham Əliyevin İraq prezidenti ilə görüşü zamanı Ermənistana növbəti dəfə xəbərdarlıq etməsindən danışarkən deyib.
Prezident növbəti dəfə Ermənistana xəbərdarlıq etdi - Fransa bundan hansı nəticəni çıxarmalıdır?Deputat bildirib ki, İlham Əliyevin də dediyi kimi, Ermənistanı regionda vəziyyəti gərginləşdirməyə sövq edən ən güclü qüvvə Fransadır:
"Ermənistan bu gün yeni müharibəyə hazırlaşmaq istiqamətində də addımlar atır. Müxtəlif ölkələrdən, Fransadan, Hindistandan silahlar idxal edir. Amma məsələ ondadır ki, bu sadəcə Ermənistanın tək başına qərarı deyil. Ermənistanı regionda vəziyyəti gərginləşdirməyə sövq edən ölkələr var. Bunların başında Fransa durur və son dövrlərdə çox təəssüf ki, ABŞ da bu prosesə qoşulub. Ancaq bu ölkələrin ayrı-ayrı regionlarda müharibəni təşviq etməsi nəticəsində nələrin baş verdiyini hamı görür. Yaxın şərqdə, Ukraynada görünür Ermənistan siyasi rəhbərliyi də öz ölkəsini bənzər bir ssenarinin parçası kimi görür. Bu o deməkdir ki, əgər bundan sonra müharibə olacaqsa, müharibə artıq Azərbaycan ərazisində olmayacaqdır".
Millət vəkili əlavə edib ki, Ali Baş Komandanın Fransanın ünvanına səsləndirdiyi fikirlər Cənubi Qafqaza rifahın gəlməsi baxımından çox əhəmiyyətlidir:
"Azərbaycan Prezidenti də Cənubi Qafqazda yeni reallıqlar yaratmış lider kimi hazırkı mərhələdə sülhün və rifahın əldə olunması üçün çalışır. Həmçinin regionda sülhün və rifahın əldə olunmasının əleyhinə görülən tədbirləri qətiyyətlə tənqid edir. Buna görə də düşünürəm ki, Fransanın ünvanına səsləndirilən bu fikirlər regionun gələcək təhlükəsizliyi baxımından, Cənubi Qafqaza rifahın gəlməsi baxımından əhəmiyyətlidir. Çünki regiondan kənar heç bir aktor yeni müharibələri alovlandırmaqla həmin ölkələrə sülh və rifah gətirə bilməz. Cənubi Qafqazın gələcəyi məhz Cənubi Qafqaz ölkələrinin liderlərinin alacaqları qərara bağlıdır. Çox təəssüf ki, Ermənistanın baş naziri yalnış qərarlar almaqda davam edir. Bu isə nəticə etibarilə Ermənistanın özünü müharibə poliqonuna çevirə bilər".
Məsələ ilə bağlı azxeber.com-a danışan politoloq Tural İsmayılov hesab edir ki, Ermənistanın düşdüyü bataqlıqdan çıxmağının yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır:
Prezident növbəti dəfə Ermənistana xəbərdarlıq etdi - Fransa bundan hansı nəticəni çıxarmalıdır?"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmağı artıq bütün bölgədə vacib elementə malikdir. Hətta Ermənistanın bu gün düşdüyü bataqlıqdan çıxmağının yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan ibarətdir. Biz görürük ki, Fransanın əsas məqsədi Ermənistanı Azərbaycan əleyhinə silahlandırmaqla bölgədəki gərginlik yaratmaqda maraqlı olmasıdır. Ermənistanda da ağlı başında olan silahlı qüvvələr başa düşməlidir ki, heç Ermənistan Fransanın vecinə deyil. Çünki bu gün onsuz da Ermənistan olsa da, olmasa da regional kommunikasiya layihələri inkişaf edir, bölgədə yeni lojistik imkanlar yaradılır. Ermənistanı blokadada saxlamaqla, Ermənistanı Azərbaycan əleyhinə təhrik etməklə Fransa əslində Ermənistanın iqtisadi baxımdan inkşaf etməyini Azərbaycan və Türkiyə ilə inteqrasiya etməyini istəmir".
Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyev Fransa ilə bağlı çıxışında konkret mövqe ortaya qoyub:
"Cənab Prezident ortaya konkret mövqe qoyub. Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması üçün top artıq Ermənistan tərəfdədir. Azərbaycan lideri ən yüksək səviyyədə bütün kürsülərdə Azərbaycanın sülhpərvər mövqeyini dünyaya dəfələrlə göstərib. Belə olan təqdirdə bundan sonra Ermənistan da, Ermənistanın havadarı olan Fransa və digər qüvvələr də bundan dərs çıxarmalıdır. Amma indi Fransadaki siyasi sistemin analizi də göstərir ki, Fransa regionda sülh olmağına əngəl olacaq və Ermənistanı daim provakasiyalara təhrik edəcək. Lakin təbii ki, gələcəkdə hansısa hərbi qarşıdurma olsa, mən inanmıram ki, Fransa birbaşa Ermənistanı dəstəkləyə bilsin. Ona görə də Ermənistan ağlını başına yığmalıdır və Ermənistanın təhriklərindən vaz keçməlidir".
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Prezident növbəti dəfə Ermənistana xəbərdarlıq etdi - Fransa bundan hansı nəticəni çıxarmalıdır?

Siyasi       Tarix: 22 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az