Prezident şəhid ailələri və hərbçilər üçün tikilmiş mənzillərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB

Prezident şəhid ailələri və hərbçilər üçün tikilmiş mənzillərlə tanış oldu - FOTOLAR + YENİLƏNİBDekabrın 29-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksindəki mənzillərlə tanış olub.
Başa çatmaqda olan 2021-ci ilin son iş günlərindəyik. Amma bu o demək deyil ki, dövlət tədbirlərinin keçirilməsində hər hansı ixtisar var. Onu da nəzərə almaq lazımdır ki, təkcə dekabr ayında Prezidentin gündəlik fəaliyyət xronikasında 12 rəsmi qəbul, Quba, Hadrut və Şuşa olmaqla 2 region səfəri, Belçika və Rusiyaya xarici səfərlər daxildir. Hava və avtomobil yolları ilə qət edilən ümumi məsafə isə 15 min kilometrdən artıqdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən amillərdən biri gərgin iş qrafikinə rəğmən, görülən işlərlə yerindəcə tanış olmaqdır. Bu amil xüsusilə sosial layihələrdə özünü daha qabarıq büruzə verir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il tarixli Fərmanına əsasən, 20 il və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. İndiyədək 2208 hərbçi bu təşəbbüsdən faydalanıb.
Yeni 2022-ci ili daha 130 hərbçi ailəsi öz mənzilində qarşılayacaq. Onlardan 48-i Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillə təmin edilib.
Dövlət başçısı Hövsan Yaşayış Kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Sonra Prezident İlham Əliyev MİDA-nın Yasamal Yaşayış Kompleksinə gəldi. Bu kompleksdə isə 82 hərbçi ailəsinə mənzil verilib. Dövlətimizin başçısı mənzillərə baxdı.
Mənzillər tam təmirlidir, mətbəx mebeli ilə təchiz olunub. Azərbaycan belə dövlət proqramının icra edildiyi nadir ölkələrdəndir.
Ümumiyyətlə, ölkəmizdə ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində təqdim olunan növbəti mənzillər bunun əyani təsdiqidir.
***
16:27
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.
Prezident şəhid ailələri və hərbçilər üçün tikilmiş mənzillərlə tanış oldu - FOTOLAR + YENİLƏNİBPrezident şəhid ailələri və hərbçilər üçün tikilmiş mənzillərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB

Siyasi       Tarix: 29 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler xeber.az bu gun cəbhədən şad xəbər son xəbərlər