Prezident: "Tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik

Prezident: "Dörd gün əvvəl Azərbaycan xalqı olaraq, Qarabağın azad olunmasının birinci ildönümünü böyük coşqu ilə qeyd etdik".
Bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, 30 illik işğala son qoyulub: "Bunun nəticəsi olaraq BMT-nin 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələrini yerinə yetirdik, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik. Bu, həqiqətən ədalət savaşı idi və öz torpaqlarımızda bu müharibəyə girmək məcburiyyətində qaldıq. Bir çox şəhid verdik. Əslində, bu savaş heç bir ölkənin torpaqları ilə bağlı deyildi. İkinci Qarabağ müharibəsi başa çatdıqda bütün döyüşləri sona çatdırmış olduq.
Əslində, müharibənin ilk günündən mən Ermənistana bizə bir təqvim verməsini və işğal altındakı torpaqlarımızdan hansı müddətdə öz əsgərlərini geri çəkməsi lazım olduğunu dedim və bu sözümü tutdum. 44 günün sonunda Ermənistan atəşkəs elan etmiş oldu və kapitulyasiya aktına imza atdı. Bu şəkildə İkinci Qarabağ müharibəsi 44 günün sonunda bitdi. 300-dən çox kənd və yaşayış məntəqələri azad edildi. Beləliklə, Azərbaycan olaraq ərazi bütövlüyümüzü bərpa etdik.
Ancaq bununla yanaşı, bir çox təxribat yaşadıq. Sevgili qardaşım Rəcəb Tayyib Ərdoğan da iki dəfə - yanvar ayında və qısa müddət əvvəl Şuşanı ziyarət edib, işğal dövründə nə qədər böyük dağıntılar törədildiyini gözləri ilə gördü".
Dövlət başçısı deyib ki, Qarabağda bərpa və yenidənqurma prosesi başlayıb: "Yenə də Qardaş Türkiyənin bir sıra şirkətləri azad edilmiş ərazilərdə bir çox infrastruktur layihəsində iştirak edir. Dəmir yolları, avtomobil yolları, hava limanları və digər böyük layihələrin Türkiyə şirkətlərinin iştirakı ilə tezliklə başa çatacağına inanıram".
Prezident İlham Əliyev qeyd edib ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib: "Hava limanının inşasında 20-dən çox Türkiyə şirkəti iştirak edirdi və hava limanı rekord müddətdə - səkkiz ayda istifadəyə verildi. Zəngilan hava limanı və digər layihələr də var. Bu layihələrdə də Türkiyə şirkətləri iştirak edəcək".

Siyasi       Tarix: 13 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər en sonxeber ən son xəbər en son xeber